“SABAH” qrupları Qarabağ Universitetində

23 May 2024 14:50 (UTC+04:00)

2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində “SABAH” qruplarına tələbə qəbulu aparılacaq. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, SABAH qruplarında Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, hüquqşünaslıq, maliyyə, riyaziyyat müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili) və mühasibat ixtisasları tədris olunacaq.