Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlil Şaxayevlə vida mərasimi keçirilir

23 May 2024 14:12 (UTC+04:00)

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlil İsa oğlu Şaxayevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Cəlil İsa oğlu Şaxayev 1973-ci il dekabrın 30-da Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

C.Şaxayev Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.