Azərbaycanın voleybol millisi Belçikaya yollanıb

23 May 2024 13:37 (UTC+04:00)

Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün II turun qarşılaşmaları üçün Belçikaya yollanıb. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma 24-26 may tarixlərində Belçika və Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, komanda Bakıdakı I turda Rumıniya və Ukraynana 0:3 hesabı ilə uduzub.