21 yaşlı oğlan özünü gölə ataraq intihar edib

23 May 2024 09:42 (UTC+04:00)

Masallıda 21 yaşlı oğlan özünü gölə ataraq intihar edib. SİA xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan Muradov özünü yaşadığı Kolatan kəndinin ərazisində yerləşən Böyük Kolatan gölünə atıb.

Nəticədə Sənan Muradov boğularaq ölüb.

Onun meyiti kənd sakinləri tərəfindən göldə aşkar edilib.

Araşdırma aparılır.