Günəşdə üç güclü partlayış

23 May 2024 08:17 (UTC+04:00)

Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar. SİA xəbər verir ki, Rusiyanın Tətbiqi Geofizika İnstitutu partlayışların rentgen diapazonunda, M səviyyəsində olduğunu və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam etdiyini açıqlayıb. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.