Fransa Avropanın ən təhlükəli ölkəsi oldu

23 May 2024 06:47 (UTC+04:00)

Fransa Avropa qitəsinin ən təhlükəli ölkələri arasında birinci yerdədir. SİA xəbər verir ki, bu statistikanı Fransanın "Ədliyyə İnstitutu" beyin mərkəzinin direktoru Pyer-Mari Sev təqdim edib.

Məlumatlara əsasən, bu gün Fransada cinayət indeksi 55,3 faiz təşkil edir.

"Bu, ölkənin təhlükəsizliyi və xüsusən də sakinlərin öz ölkələrində təhlükəsizliyi necə qəbul etdikləri barədə dolğun təsəvvür yaradır", - direktor qeyd edib.