Rusiyada elektrik qatarı yandı

23 May 2024 03:22 (UTC+04:00)

Rusiyanın Moskva vilayətində şəhərətrafı elektrik qatarı yanıb. SİA xəbər verir ki, Solneçnoqorsk ərazisində, Leninqrad istiqamətində, "Povarovo-1" stansiyasının yaxınlığında vaqonlardan biri tüstülənməyə başlayıb.

Qeyd edilir ki, qatar dərhal dayandırılıb və sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb. Xətdə hərəkət müvəqqəti məhdudlaşdırılıb, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.