Rusiyalı biatlonçu vətəndaşlığını dəyişib

22 May 2024 22:45 (UTC+04:00)

Rusiyalı biatlonçu Kseniya Şneyder idman vətəndaşlığını dəyişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Rusiya Biatlon İttifaqının saytında verilib.

...Tümen vilayətini təmsil edən idmançının transferi Rusiya Biatlon İttifaqının icraiyyə komitəsi tərəfindən təsdiqlənib. Şnayder bu qərara səbəb kimi nikahın qeydiyyatını və biatlonçunun Belarusda daimi yaşayış yerinə köçməsini göstərir.

Nazlı