Ruslar Xarkov vilayətində cəbhə xəttini genişləndiriblər..?

22 May 2024 18:36 (UTC+04:00)

Şimal qrupu Xarkov vilayətində cəbhə xəttini genişləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti-yə hərbi-mülki administrasiyanın rəhbəri Vitali Qançev bildirib.

Cəbhə xətti indi şərq hissəsinə, şimal rayonlarından isə sərhəd zonasına qədər uzanır.

Hazırda Xarkov vilayətinin təxminən 300 kvadrat kilometr ərazisi Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. Qançevin sözlərinə görə, 49 yaşayış məntəqəsi azad edilib(?) Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Volçanskın şimal hissəsini ələ keçirib.

Və beləliklə də, şəhər ərazisinin təxminən 40 faizi nəzarətə götürülüb.

Nazlı