17 yaşlı reper canlı yayımda öldü

22 May 2024 17:04 (UTC+04:00)

ABŞ-ın Virciniya ştatından olan 17 yaşlı reper Rulo Hunço "İnstaqram"da açdığı canlı yayımda əlindəki silahdan danışırdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu zaman o, silahın təhlükəsizliyini işə saldığının fərqinə varmayıb. O, tüfəngi başına çevirib və tətiyi çəkib. Tapança atəş açıb. Rulo Hunço hadisə yerində dünyasını dəyişib.