"Beşiktaş" "Trabzonspor"la 34 il sonra ilk dəfə final oynayacaq

22 May 2024 15:56 (UTC+04:00)

"Beşiktaş" Türkiyə Kubokunun finalında 34 ildən sonra yenidən "Trabzonspor"la üz-üzə gələcək. SİA xəbər verir ki, sonuncu dəfə 1989/90 mövsümünün finalında qarşılaşan komandaların görüşü "Beşiktaş" klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Rəqiblər indiyədək Türkiyə Kubokunda cəmi dörd dəfə qarşılaşıblar. Bunlardan ikisi "Trabzonspor"un, ikisi isə "Beşiktaş"ın qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında keçiriləcək Türkiyə Kubokunun final görüşü sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.