Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib

22 May 2024 15:36 (UTC+04:00)

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevlə Ucar rayonunun Əlikənd kəndində keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, şəhidin nəşi Əlikənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.