Mayın 24-dən bağçalara elektron sənəd qəbulu sisteminə giriş məhdudlaşdırılacaq

22 May 2024 15:01 (UTC+04:00)

Mayın 24-dən “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”nə (bq.edu.az) giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. Elm və Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə 2024-cü ilin iyul ayından başlanılması planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.