Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəni dayandırıblar

22 May 2024 14:32 (UTC+04:00)

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəni dayandırıblar. SİA xəbər verir ki, bu gün Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) 1/16 finalda məğlub olublar.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.