Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - YENİLƏNİB

22 May 2024 14:14 (UTC+04:00)

Baş nazir Əli Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və helikopter qəzasında həlak olan digər şəxslərlə anım mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehrana səfərə gedib. SİA xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.