Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

22 May 2024 14:09 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Vasif Qurbanzadə bu vəzifəyə təyin edilib.