Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəis - FOTO

22 May 2024 13:34 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Vasif Qurbanzadə bu vəzifəyə təyin edilib.