Şəmkir sakini güllələnib

22 May 2024 13:03 (UTC+04:00)

Şəmkirdə güllələnmə hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Ağlavaşlı kəndində qeydə alınıb. Kənd sakini olan 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi məlim deyil.