Akkreditasiyadan keçməyən və lisenziyasız fəaliyyət göstərən xarici universitetlərin adları

22 May 2024 12:04 (UTC+04:00)

Azərbaycan vətəndaşlarının bir hissəsi xarici ölkələrdə akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan ali məktəblərdə təhsil alır. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, normativ tələbləri qarşılamayan həmin ali təhsil müəssisələrinin verdiyi diplom Azərbaycanda tanınmır.