Xüsusi şərtlərlə pensiya alanların sayı

22 May 2024 11:35 (UTC+04:00)

Bu gün pensiyaçıların 90 %-i sosial sığorta əsaslı pensiya alır. SİA xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, xüsusi şərtlərlə pensiya alanların göstəricisi isə təxminən 10 %-dir: “Onların pensiyası sosial sığorta kapitalı ilə deyil aldıqları əməkhaqqının faizi ilə ölçülür”.