Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının vaxtı

22 May 2024 11:06 (UTC+04:00)

Azərbaycanda keçiriləcək minifutbol üzrə 2025-ci il dünya çempionatının vaxtı dəqiqləşib. SİA xəbər verir ki, mundial mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq.

Tezliklə turnirin təqvimi və biletlərlə bağlı məlumat da açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanın minifutbol üzrə dünya çempionatına ev sahibliyi etməsi ilə bağlı müqavilə ötən gün imzalanıb.