Ötən gün 2 tüfəng könüllü olaraq təhvil verilib

22 May 2024 11:04 (UTC+04:00)

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 21-də polis əməkdaşları 2 tüfəng təhvil götürüblər.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.