Norveç Fələstin dövlətini tanıdı

22 May 2024 10:59 (UTC+04:00)

Norveç Fələstini suveren dövlət olaraq tanıyıb. SİA “NRK” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Yonas Qar Störe mətbuat konfransında açıqlayıb.

Sözügedən qərar mayın 28-də qüvvəyə minəcək.

“Politico”nun məlumatına görə isə, bu gün İrlandiya və İspaniya da analoji qərarı açıqlayacaqlar. Bundan əvvəl, Avropa ölkələrindən yalnız İsveç Fələstin dövlətini tanıyıb.