Sumqayıtda ana və uşaqları dərmandan zəhərlənib

22 May 2024 10:00 (UTC+04:00)

Sumqayıt şəhərində dörd nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.