7 əsgər yaraqlıların hücumunun qurbanı olub

22 May 2024 01:04 (UTC+04:00)

Nigerin qərbində azı 7 əsgər yaraqlıların hücumunun qurbanı olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hücum Burkina-Faso ilə sərhəd yaxınlığındakı Tillaberi bölgəsində baş verib. Hərbçilər də öz növbəsində onlarla yaraqlını zərərsizləşdirə biliblər.

Niger Müdafiə Nazirliyinin rəhbəri Salifu Modi açıqlamasında terror təhlükəsi ilə mübarizəni davam etdirəcəyinə söz verib.