Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərar Azərbaycan Ordusunun tələb və ehtiyaclarına uyğun olaraq gizir hazırlığının həyata keçirilməsi məqsədilə qəbul edilib. Qərara əsasən, “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatına “Uçan aparatların texniki istismarı” və “Müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları daxil edilib.