Gələn ay Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

21 May 2024 11:22 (UTC+04:00)

Gələn ay Şuşada "Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək. SİA xəbər verir ki, tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq.

Türk dövlətlərinin istedadlı gəncləri Şuşada bir araya gələrək türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər.