Banu Parlak şikayətini geri çəkdi

21 May 2024 08:43 (UTC+04:00)

Müğənni Banu Parlakın gözəllik mərkəzinə silahlı basqın təşkil edən Engin və Dilan Polat cütlüyü yenidən hakim qarşısına çıxıb. SİA xəbər verir ki, son anda Banu Parlak cəbhəsindən gözlənilməz addım atılıb. Müğənni və gözəllik salonu sahibi Banu Parlak Dilan və Engin Polat cütlüyünü Bahçeşehirdəki iş yerinin güllələnməsində günahlandırırdı.

Hadisə ilə bağlı məhkəmə prosesi davam edərkən, Banu Parlakın şikayətini geri götürdüyü açıqlanıb.