ABŞ Ukraynaya silah verəcək, nə qədər ki...

20 May 2024 23:05 (UTC+04:00)

Rusiya öz qoşunlarını Ukrayna ərazisindən çıxarmayana qədər Amerika Birləşmiş Ştatları Kiyevi silahla təmin edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vudun BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışına istinadən yayıb.

O qeyd edib ki, beynəlxalq ictimaiyyətin Ukrayna üzrə İsveçrədə keçiriləcək sülh sammitində iştirakı BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi məqsədlərinə cavab verir.

...Rusiya hücumlarını dayandırana və qoşunlarını Ukraynadan çıxarana qədər, Birləşmiş Ştatlar Ukraynanı öz ölkəsini müdafiə etmək üçün lazım olan hər şeyi təmin etmək öhdəliyinə sadiq qalacaq, - deyə Vud bildirib.

Nazlı