Moskvada azərbaycanlılara məxsus restoran yanıb

20 May 2024 21:24 (UTC+04:00)

Moskvanın Lyublino rayonunda yerləşən azərbaycanlılara məxsus restoranda yanğın baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, "Aşkım" restoranının banket zalı yanıb.

Hadisə nəticəsində restotanın damı uçub. Yanğın 350 kvadratmetr ərazini əhatə edib.

Xəsarət alanların olmadığı bildirilib.