Rusiya prezidenti Vladimir Putin Aleksandra Levitskayanı dövlət başçısının müşaviri vəzifəsindən azad edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət başçısı müvafiq sərəncam imzalayıb.
Sənəd imzalandığı gündən - mayın 20-dən qüvvəyə minir. Kremlin saytında qeyd edildiyi kimi, Levitskaya bu vəzifəni 2013-cü ildən tuturdu.
Bundan əvvəl Putin Oleq Savelyevi Rusiya Müdafiə Nazirliyinin rəis müavini və idarənin qərargah rəisi təyin edib.
Nazlı