Azərbaycan Tacikistanla birgə fəaliyyət sahələrini müəyyənləşdirib - FOTOLAR

20 May 2024 16:11 (UTC+04:00)

Azərbaycan və Tacikistan arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanları nəzərdən keçirilib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə keçirilən görüşdə sənaye, energetika, aqrar, turizm və digər sahələrdə birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.