Qısamüddətli mühafizə orderlərini polisin verməsi təklif olunur

20 May 2024 15:29 (UTC+04:00)

Məişət zorakılığı hallarının qarşısının alınması üçün qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi təklif olunur. SİA xəbər verir ki, bu təklif Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.

Eyni zamanda orderin müddətinin artırılması da tövsiyə olunur.

Bundan başqa, uzunmüddətli mühafizə orderinin alınması üçün məhkəməyə müraciət edən məişət zorakılığından zərərçəkmiş şəxslərin dövlət rüsumundan azad edilməsinə dair dəyişiklik edilməsi də təkliflər arasındadır.

Qeyd edək ki, hazırda həmin səlahiyyətlər Ədliyyə Nazirliyindədir.