49 qadın ailə münaqişəsi və qısqanclıq zəminində törədilən cinayətin qurbanı olub

20 May 2024 15:17 (UTC+04:00)

2023‐cü ildə 49 qadın ailə münaqişəsi və qısqanclıq zəminində törədilən cinayətin qurbanı olub. SİA xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, onlardan 47‐si qəsdən adam öldürmə cinayətinin, 1‐i özünü öldürmə həddinə çatdırılma, 1‐i isə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin qurbanı olub.

Hesabatda vurğulanıb ki, 2022-ci ildə öldürülən qadınların sayı 51 olub.