Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi müəyyənləşib

20 May 2024 14:20 (UTC+04:00)

Azərbaycan Karate Federasiyasının (AKF) kata üzrə 14-17 yaşlı idmançılardan ibarət yığma komandalarının yeni baş məşqçisi müəyyənləşib. AKF-dən SİA-ya verilən məlumata görə, Vüqar Kərimov baş məşqçi vəzifəsinə təyin edilib.

Anar Əhmədov isə V.Kərimovun köməkçisi - böyük məşqçi vəzifəsini icra edəcək.