İranda ölkəni müvəqqəti idarə etmək üçün 6 xüsusi komitə yaradılıb

20 May 2024 13:29 (UTC+04:00)

İran prezidenti vəzifəsini icra edən, birinci vitse-prezidenti Məhəmməd Möhbər yaxın günlərdə ölkəni idarə etmək üçün 6 xüsusi komitə yaradıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi məlumat yayıb.