Bilgəhdə evdən 8 min manatlıq oğurluq olub

20 May 2024 12:12 (UTC+04:00)

Bakıda evdən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bilgəh qəsəbəsində evlərdən birinin həyətindən 8000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Zamiq Mənzimov saxlanılıb.

Araşdırma aparılır.