61 yaşlı qadına və iki nəvəsinə xəsarət yetirilib

20 May 2024 12:05 (UTC+04:00)

Mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır. Xəsarət alanlar nənə və nəvələridir.