Putin İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib

20 May 2024 11:57 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib”, - Rusiya dövlət başçısı vurğulayıb.