"Qarabağ" son 27 ilin ən yaxşı göstəricisinə imza atıb

20 May 2024 10:53 (UTC+04:00)

"Qarabağ" Azərbaycan çempionatında son 27 ilin ən yaxşı göstəricisinə imza atıb. SİA xəbər verir ki, "köhlən atlar" buna Premyer Liqanın XXXV turunda "Turan Tovuz"u (4:3) məğlub etməklə nail olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mövsüm vurduğu qolların sayını 95-ə çatdırıb.

Klub tarixinin mütləq rekorduna imza atan Ağdam təmsilçisi ölkə çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə nail olub. 1997-ci ildən sonra heç bir komanda mövsümdə bu qədər qola sevinməyib. Sonuncu dəfə daha yüksək məhsuldarlığa 1996/1997 mövsümündə 98 qol vuran “Neftçi” imza atıb.

Ümumilikdə isə “Qarabağ” yarışın tarixində 4-cü nəticəyə imza atıb. 27 il əvvəlki göstəricidən başqa, “Neftçi” (104) və Sumqayıt “Xəzər”i (100) 1992-ci ildə daha çox qol vurub.