İranda helikopter qəzasında həlak olanların meyitləri Təbrizə göndərilib, axtarışlar başa çatıb

20 May 2024 10:29 (UTC+04:00)

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların meyitləri Təbrizə göndərilib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Qızıl Aypara məlumat yayıb.

Axtarış əməliyyatlarının başa çatdığı bildirilir.