Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötüb

20 May 2024 09:00 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,98% artaraq 2 441 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 3.86% artaraq 32.47 ABŞ dollarına bərabər olub.