Ley Sinde Tayvanın rəhbəri vəzifəsinin icrasına başlayıb

20 May 2024 06:55 (UTC+04:00)

Taybedə Tayvan Administrasiyasının rəhbəri Ley Sindenin vəzifəsinin icrasına başlaması münasibətilə mərasim keçirilib. SİA xəbər verir ki, yayımı ada Administrasiyası rəhbərinin ofisi aparıb.

Yanvarın 13-də Tayvanda administrasiya rəhbərliyinə və qanunverici orqana deputat seçkiləri keçirilib. O vaxt ada Administrasiyasının rəhbərinin müavini vəzifəsini tutan Ley Sinde səslərin 40,05 %-ni qazanaraq qalib gəlib. Seçki yarışında onun müttəfiqi adanın administrasiya rəhbərinin müavini vəzifəsini icra edən Syao Meysin idi.