Baş məşqçi hakimə qırmızı vərəqə göstərdi

20 May 2024 04:13 (UTC+04:00)

Mayın 19-da Ukrayna Birinci Liqasında Zaporojyenin “Metallurq” və “Podoliya” komandaları üz-üzə gəlib. SİA xəbər verir ki, oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunun sonunda maraqlı epizod yaşanıb. Matçın baş hakimi qonaqların baş məşqçisi Vitali Kostişinə qırmızı vərəqə göstərib. Lakin məşqçi qırmızı vərəqəni hakimin əlindən alaraq onun özünə göstərib.