Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub

20 May 2024 03:51 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl Səudə pnevmoniya diaqnozu qoyulub. SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Kral ofisinin bəyanatında deyilir.

Bildirilir ki, monarx Ciddədəki Əl-Salam sarayındakı ixtisaslaşmış klinikada antibiotik terapiyası kursu keçəcək.