Türkiyə İrana hərbi helikopter və PUA göndərib

20 May 2024 01:26 (UTC+04:00)

Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgədə aparılan axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qonşu ölkəyə hərbi helikopter və pilotsuz uçuş aparatı göndərib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkələrdəki paylaşımında deyilir.

Məlumatda qeyd olunub ki, İrana gecə görmə cihazlarına malik “Cougar” tipli hərbi helikopterlə “Akıncı” tipli PUA göndərilib.