"Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

19 May 2024 21:45 (UTC+04:00)

Basketbol üzrə Azərbaycan çempionatında final seriyasının ikinci oyunu baş tutub.

SİA xəbər verir ki, "Xəzri" və "Sabah"ın üz-üzə gəldiyi oyun ikincilərin 94:63 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə "Xəzri" "Sabah"a 90:75 hesabı ilə qalib gəlib.

Üç qələbəyə qədər davam edən seriyanın növbəti matçı mayın 22-də keçiriləcək.