"Cadillac" Moskvanın mərkəzində təqaüdçünü əzib

19 May 2024 23:07 (UTC+04:00)

Mayın 19-u axşam saatlarında Moskvanın mərkəzində “Cadillac” markalı avtomobil yaşlı qadını vurub.
Moskva yol polisi idarəsinin məlumatına görə, o, yerindəcə keçinib. İdarədən verilən məlumata görə, qəza Mira prospektində, ev 88-in yaxınlığındakı dayanacaqda baş verib.

...Avtomobilin sürücüsü arxadan hərəkət edərək qadının üstünə çıxıb. “Yol-nəqliyyat hadisəsi nəticəsində 1938-ci il təvəllüdlü qadın aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

SİA rus saytlarına istinadən xəbər verir ki, məlumatda belə deyilir.

Qəza yerində təcili yardım xidmətləri işləyir. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Nazlı