İki gün əvvəl itmiş qızın meşədə meyiti tapılıb...

19 May 2024 19:15 (UTC+04:00)

...Moskvanın şərqində, Bolşoy Kupavenskoye Proezd yaxınlığındakı meşəlik ərazidə uşaq meyiti tapılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, paytaxt prokurorluğunun Telegram-da verdiyi məlumata görə, meyit bir gün əvvəl yoxa çıxan məktəbli qıza məxsusdur.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü qız mayın 17-də evə gəlməyib.

...Və anası polisə müraciət edib.

İki gün sonra qız ölü tapılıb. Nə baş verdiyi məlum deyil. Ölümün səbəbini məhkəmə-tibb ekspertləri müəyyən edəcək. Meyit morqa göndərilib.

İstintaqı Şərq İnzibati Dairəsinin prokurorluğu aparır.

Nazlı