İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Seyid İbrahim Rəisi

19 May 2024 14:53 (UTC+04:00)

Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. SİA xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı İran Prezidenti Seyid İbrahim Rəisi deyib.

O bildirib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir.